XƏBƏR
12:19

  Sabah deputatlar tətilə çıxacaqlar

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Sabah – iyulun 15-də Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxacaqlar.


Agyol.az xəbər verir ki, parlamentin üzvləri avqustun 30-dək istirahətdə olacaqlar.


“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. Belə ki, Milli Məclisin sədri 4 950, sədrin I müavini 4 454, MM sədrinin müavini 4 206, komitə və komissiya sədrləri 3 960 manat, komitə sədrlərinin müavinləri 3 712, sıravi deputatlar isə 3 464 manat müavinət alacaqlar.


Milli Məclisin payız sessiyası oktyabrın 1-də başlayacaq.




  Yayım tarixi :14 Iyul 2018   12:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .