XƏBƏR
11:44

  OPEK Azərbaycanda neft hasilatı ilə bağlı PROQNOZLARINI artırıb

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

2018-ci ildə Azərbaycanda orta neft hasilatı sutkada 0,79 milyon barel təşkil edəcək. Agyol.az-in məlumatına görə, bu barədə OPEK-in aylıq hesabatında qeyd olunub.


Hesabatda bildirilir: "2018-ci ildə gözələnilir ki, ölkədə neft istehsalı həcmi sutkada 0,01 milyon barel azalaraq 0,79 milyon barel təşkil edəcək".


Qeyd edək ki, OPEK-in iyun hesabatında Azərbaycanda 2018-ci il üzrə neft hasilatı sutkada 0,78 milyon barel proqnozlaşdırılmışdı.

OPEK-in proqnozlarına görə, 2019-cu ildə isə Azərbaycanda neft hasilatı sutkada 0,02 milyon barel azalmaqla 0,77 milyon barel təşkil edəcək.

Bildirilir ki, mayda Azərbaycanda xam neft hasilatı sutkada 15 min barel artaraq 0,73 milyon barel təşkil edib. Qeyd olunur ki, bu, "Azəri-Çıraq-Günəşli" blokundakı "Mərkəzi Azəri" və "Şərqli Azəri" platformalarından hasilat hesabına mümkün olub.

Ötən ay Azərbaycanda sutkalıq neft hasilatı 792 min barel təşkil edib ki, bunun da 739 min bareli neftin payına, 53 min bareli isə kondensatın payına düşüb.




  Yayım tarixi :14 Iyul 2018   11:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .