XƏBƏR
09:26

  “Real” Benzemanı İtaliyaya buraxmadı

Gündəm

Xəbər lenti

"Real"ın hücumçusu Kərim Benzema "Napoli"nin transfer gündəminə düşüb.


Agyol.Az xəbər verir ki, İtaliya klubu bununla bağlı ispanlarla danışıq aparıb.


Maraqlıdı ki, görüşdə birbaşa neapolluların yeni baş məşqçisi Karlo Ançelotti iştirak edib. "Real"ın sabiq çalışdırıcısının keçmiş yetirməsini yanına aparmaq istəyi baş tutmayıb. Çünki madridlilərin bu təklifə cavabı "yox" olub. Kriştianu Ronaldonu "Yuventus"a satan "kral klubu" daha bir forvardını İtaliyaya buraxmayıb.


Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən "Real"ın şərəfini qoruyur.

 




  Yayım tarixi :14 Iyul 2018   09:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .