XƏBƏR
17:38

  DÇ-2018: Final matçın bilet qiymətləri məlum oldu

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

İyulun 15-də Fransa ilə Xorvatiya arasında keçiriləcək Dünya Çempionatının final matçı üçün biletlərin qiyməti bəlli olub.

Agyol.az, xarici mətbuata istinadən xəbər verir ki, futbolsevərlərin həyəcanla gözlədiyi finalda iki ölkənin milli komandaları Rusiyanın paytaxtı Moskvadakı 78 min nəfərlik “Luzhniki” stadionunda qarşılaşacaq.

“DÇ-2018”in finalı üçün bilet qiymətləri 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatına nisbətən 11 faiz artıb.

Qrup matçlarını 105 dollara izləyən futbolsevərlər final üçün ən ucuz qiymət kimi 455 dollar ödəmək məcburiyyətindədirlər.

Nəhəng final üçün birinci kateqoriyaya bilet qiyməti isə 1100 dollar olaraq müəyyənləşib. Bu rəqəmlə “DÇ-2018”nin bilet qiyməti min dolları ötən çempionat kimi tarixə düşüb.




  Yayım tarixi :13 Iyul 2018   17:38

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .