XƏBƏR
14:15

  Rufiz Qonaqov: NATO Sammitinin yekun sənədi Ermənistanın işğalçı siyasətini iflasa uğratdı

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imzalanmış sənədlər Azərbaycanla Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib. O, xüsusilə NATO Sammitinin yekun kommunikesində Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin dəstəklənməsi məsələsini qeyd edərək vurğulayıb ki, bu, NATO-nun sülhə və təhlükəsizliyə töhfə verən Azərbaycana diqqətindən xəbər verir. Bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı növbəti diplomatik uğurdur.

Politoloq deyib ki, istər Azərbaycanla Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində, istərsə də NATO Sammitinin yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olundu. Ermənistanın NATO-nun yekun kommunikesinə xalqların öz müqəddəratını təyinetmə prinsipini daxil etmək cəhdi iflasa uğradı. Bundan başqa, Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı rejimini cəlb etmək cəhdləri də iflasa uğradı. Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini açıq şəkildə bəyan etdi ki, danışıqlar prosesi heç bir şərt qoyulmadan davam etdirilməlidir. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel səfərindən məyus və əliboş qayıtdı.




  Yayım tarixi :13 Iyul 2018   14:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .