XƏBƏR
11:49

  ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

ABŞ Dövlət Departamenti Avropada Rusiya qazına rəqabət yarada biləcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir. , bunu “RİA Novosti”yə ABŞ Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos deyib.

Onun sözlərinə görə, ABŞ “Şimal axını-2” layihəsinə qarşı çıxış edir: “Bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, Ukraynaya ciddi təsir edəcək”.

“Alternativ enerji mənbələrinə gəlincə, enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə yanacağın növü, nəql marşrutları və təchizatçı ölkələr üzrə tədarükün şaxələndirilməsinə dəstək verməklə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, ABŞ 2019-2020-ci illərdən başlayaraq Avropaya qaz idxalını şaxələndirəcək “Cənub Qaz Dəhlizi” layihəsini qətiyyətlə dəstəkləyir”, - deyə Vinsent Kampos qeyd edib




  Yayım tarixi :13 Iyul 2018   11:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .