XƏBƏR
10:27

  İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb

Gündəm

Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə edildi. Həmçinin ATƏT-in həmsədr ölkələrinin nazirlərinin iyulun 11-də keçirilən görüşü barədə məlumat verildi və ətraflı fikir mübadiləsi aparıldı.




  Yayım tarixi :13 Iyul 2018   10:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .