XƏBƏR
10:24

  Zurab Pololikaşvili: Azərbaycanda turizm yüksək templə inkişaf edir

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Dünya Turizm Təşkilatının (DTT) Madrid şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, DTT yanında daimi nümayəndəsi Anar Məhərrəmovla qurumun baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.

Səfirlikdən bildirilib ki, görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin nəticəsi kimi müvafiq sahədə sürətli inkişafa nail olunduğu, Bakıda və regionlarda yüksək səviyyədə turizm infrastrukturunun yaradıldığı qeyd edilib, respublika ilə DTT arasında əməkdaşlığın əsas istiqamətləri və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

DTT-nin baş katibi Z.Pololikaşvili Azərbaycanda turizmin yüksək templə inkişaf etdiyini, dövlətin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi Azərbaycana turist axınının artdığını bildirib. Cari il aprelin 4-də Bakda Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan baş katib, müzakirə edilən məsələlərin turizmin inkişafına töhfə verəcəyini qeyd edib.

Z.Pololikaşvili 2019-cu ildə Bakının Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına ev sahibliyi edəcəyinin, respublikanın bu il iyunun 7-də İspaniyanın nüfuzlu “Ejecutivos” jurnalı tərəfindən beynəlxalq turizm məkanı mükafatına layiq görülməsinin bir daha Azərbaycanın regionda turizm mərkəzinə çevrildiyinin təcəssümü olduğunu və əldə edilmiş nailiyyətlərin təkcə respublikada deyil, həm də dünyada turizmin inkişafına töhfə verdiyini qeyd edib.




  Yayım tarixi :13 Iyul 2018   10:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .