XƏBƏR
20:28

  Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”

Gündəm

Xəbər lenti

“İşini itirənin yeni bir iş yeri tapmaq ümidi yoxdur”

Dağlıq Qarabağın daxili siyasi vəziyyəti gərgin olaraq qalır. Belə ki, yerli ermənilər «prezident» Bako Saakyanın istefası ilə yanahı, sistemli dəyişikliklərin də həyata keçirilməsini tələb edirlər. Artıq müntəzəm olaraq , etiraz aksiyaları və mitinqlər təkcə Xankəndidə deyil, həm də Dağlıq Qarabağın digər ərazilərində keçirilməkdədir. Mitinq təşkilatçılarının sözlərinə görə, onlar sərbəst toplaşa bilmirlər, mitinqləri Qarabağdakı «səlahiyyətlilər» tərəfindən dağıdılır.

Qeyd edək ki, bir müddət bundan əvvəl həbsdən buraxılan köhnə hərbçi Samvel Babayan Dağlıq Qarabağa gələrək «prezident» Bako Saakyanla görüşüb. Onun Qarabağda yaşanan daxili siyasi proseslərə cəlb olunacağı hələ ki, məlum deyil. «1in.am» saytının məlumatına görə, "Milli Dirçəliş" partiyasının sədri Ayk Hanumyan bu yaxınlarda Samvel Babayanla görüşüb. Görüş zamanı Babayan Hanumyanı Qarabağdakı yaşantılara hələ ki, müdaxilə etməyəcəyinə əmin edib.
Xatırladaq ki, Ayk Xanumyan Bako Saakyanın istefası uğrunda mübarizə aparan qüvvələrin əsas liderlərindən biridir. Qeyd edilməlidir ki, Xanumyan bu cəbhədə tək deyil və hazırda onunla həmfikir olan müxtəlif qüvvələr meydana çıxmaqdadır. «Hazırda biz birləşmiş cəbhə olmasaq da, bunun mümkün olması da uzaqda deyil». Bu fikirləri Xanumyan erməni saytına danışarkən bildirib.:”Bu gün mitinq və yürüşləri keçirməkdə bizim prinsiplərimiz var. Biz hesab edirik ki, Bako Saakyan və onun tərəfdarları bunu təmin edə bilməzlər. Bu gün Qarabağda "Tərəfdaşlıq" adlı təşəbbüs qrupu da Bako Saakyanın hakimiyyətinə qarşıdır. Qrupun üzvlərindən olan Valeri Balayan da Bako Saakyanın təcili olaraq istefasını tələb edənlərdəndir. O, «1in.am» saytına danışarkən, artıq «həm siyasi, həm də iqtisadi cəhətdən sərbəst yaşamaq istədiklərini» bildirib: «Bu gün biz öz fikirlərimizi sərbəst ifadə etmək istəyirik. Uşaqlarımızın gələcəkdə başqa yerlərdə yaşamasını istəmirik. Hazırda Qarabağda korrupsiyaya uğramış rejim ifəaliyyət göstərir. Əgər bu rejim fəaliyyət göstərməyə davam edərsə, bizi bundan da ağır günlər gözləyir».
Balayanın sözlərinə görə, Saakyan tərəfdarları mitinqləri boğmaq üçün hər cür səy göstərirlər: «Məsələn, bizim son tədbirimizdə 2000 mindən artıq insanın qatılacağını düqşünürdük. Lakin tədbirimizə qatılanların sayı heç 400 nəfərə də çatmırdı. Biz başa düşürük, Saakyan tərəfdarları evlərə gedirlər, təşəbbüsə qoşulmaq istəyənləri təpkilərlə, onları işdən məhrum edəcəkləri ilə qorxudurlar. İnsanlar ehtiyat edirlər. Bu gün Qarabağda işləyənlər çox azdır. İşini itirən hər hansı bir insanın isə artıq yeni bir iş tapmaq ümidi yoxdur. Bu da Saakyan rejiminin tapşırığı ilə həyata keçirilən yeni bir tapıntıdır. Ona görə də, insanlar bir parça çörək üçün səssizdirlər, onlar nə edə bilərlər axı, mən bu insanları yaxşı anlayıram. Amma biz mübarizəmizi davam etdirəcəyik». Qeyd edək ki, təşəbbüs üzvü bu istiqamətdə hər kəslə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.




  Yayım tarixi :12 Iyul 2018   20:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .