XƏBƏR
18:02

  Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edilib

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür
Ermənistan parlamentinin deputatı Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edilib.
 

Agyol.az-ın  verdiyi xəbərə görə, bu barədə parlamentin bu gün  keçirilən iclasında qərar verilib.
 
Səsvermədə 85 deputat iştirak edib. Onlardan 81 nəfəri qərarın lehinə, 3 nəfər isə əleyhinə səs verib. Bir səs isə etibarsız sayılıb.
 
Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.




  Yayım tarixi :19 Iyun 2018   18:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .