XƏBƏR
15:54

  “F-35” qırıcıları Türkiyəyə qadağan olundu

Gündəm

Xəbər lenti

ABŞ senatı iyunun 18-də ölkənin müdafiə büdcəsi ilə bağlı qanun layihəsini qəbul edib.

Agyol.az, xəbər verir ki, sənəddə Türkiyənin beşinci nəsil “F-35” qırıcılarının istehsalı proqramında iştirakının dayandırılması nəzərdə tutulur.

Qərara əsasən bu qırıcıların istehsalı üzrə hüquqların Türkiyəyə ötürülməsi qadağan edilib.

Qadağaya əsas zəmin rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq və Rusiya ilə əlaqələri genişləndirmək planı olub.

Amerikalı senatorların fikrinə görə, Ankaranın bu siyasəti NATO-nun təhlükəsizliyini təhdid altına alır .




  Yayım tarixi :19 Iyun 2018   15:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .