XƏBƏR
22:18

  BMT ABŞ-dan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib

BMT ABŞ-ın son 6 həftə ərzində sərhəddən keçən meksikalı miqrantların uşaqlarının onlardan məcburi alınması məsələsinə münasibət bildirib. Beynəlxalq təşkilat Birləşmiş Ştatlardan miqrant siyasətində təcili dəyişiklik edilməsini istəyib.


Agyol.az xarici KİV-ə istinadla xəbər verir ki, BMT Cenevrədə iyulun 6-dək davam edəcək iclasında bu məsələni müzakirəyə çıxaracaq.

BMT-nin İnsan Haqları üzrə Baş Komissarı Zeyd Raad Əl Hüseyn iclasdakı çıxışı zamanı bildirib ki, uşaqlara qarşı tətbiq olunan bu hal yolverilməzdir. ABŞ tərəfindən ailələrindən məcburi alınan 2 min uşaq təcili olaraq valideynlərinə qaytarılmalıdır.


Qeyd edək ki, Donald Trampın yeni qərarına görə, ABŞ-a qeyri-qanuni yollarla daxil olan miqrantların uşaqları onlardan məcburi alınaraq Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin sığınacaqlarına verilir.




  Yayım tarixi :18 Iyun 2018   22:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .