XƏBƏR
21:36

  Azərbaycanda bu şəxslərin maaşı artdı

Gündəm

Xəbər lenti

Azərbaycanda 2018-ci ilin yanvar-aprel aylarında neft və maliyyə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqıları artıb.


Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə neft sektorunda əməkhaqqı 3 226,8 manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 2,3% yaxud da 73,1 manat çoxdur.


Agyol.az xəbər verir ki,Maliyyə sektorunda isə 1 551,8 manat təşkil edib. Beləliklə, bu sektorda çalışanların əməkhaqqılarında aylıq müqayisədə 135,4 manat və ya 9,6% artım qeydə alınıb. Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 389,4 manat olub, özəl sektorda isə bu göstərici 1 589,4 manat təşkil edib.


Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5% artaraq 538,8 manata yüksəlib. Əmək haqqı neft sektorunda 3 226,8 manat, qeyri-neft sektorunda 477,4 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 416,7 manat, özəl müəssisələrdə isə 706,1 manat olub.




  Yayım tarixi :18 Iyun 2018   21:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .