XƏBƏR
15:05

  Axtarışda olan 15 nəfər saxlanıldı - DİN

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib

Ötən gün ərzində respublikada 95 cinayət faktı qeydə alınıb.


Agyol.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktların 20-si "isti izlər"lə açılıb.

Qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.


Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb".


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.




  Yayım tarixi :18 Iyun 2018   15:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .