XƏBƏR
14:58

  Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 808 milyon manatlıq məhsul istehsal edilib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Yanvar-may aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 808,5 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.


Dövlət Statistika Komitəsindən Agyol.az-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3 faiz artıb. Sənaye məhsulunun 4,2 faizi bu sektorda istehsal edilib.

Beş ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 0,1 faiz artaraq 121,9 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,6 faizi həmin sektorda istehsal olunub.




  Yayım tarixi :18 Iyun 2018   14:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .