XƏBƏR
14:42

  Fransanın Konyak şəhərində keçirilən “Qardaşlaşma bayramı”nın ikinci günü Azərbaycana həsr edilib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Fransanın Konyak şəhəri Azərbaycanın Tovuz şəhəri də daxil olmaqla qardaşlaşdığı bütün şəhərləri bir araya gətirərək iyunun 15-dən 21-dək davam edəcək “Qardaşlaşma bayramı” keçirir.


Agyol.az xəbər verir ki, dörd qardaşlaşmış şəhərin nümayəndələrinin iştirak etdiyi tədbirin ikinci günü Azərbaycana həsr olunub. Ölkəmizi səfirliyimizin siyasi işlər üzrə birinci katibi Vaqif Ağayev təmsil edib.


Bayram çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin abidəsinin ucaldığı parkdakı mədəniyyət mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş konfrans keçirilib.


Konfransda əvvəlcə Konyak şəhərinin meri Mişel Qurənşa ölkəmiz və Tovuz şəhəri ilə qardaşlaşma haqqında danışıb. Azərbaycanın müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk dövlət olduğunu bildirib, ölkəmizlə dostluq əlaqələrinə böyük önəm verildiyini diqqətə çatdırıb.

Vaqif Ağayev konfrans iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumatlandırıb. Bildirib ki, Azərbaycan Şərqdə ilk demokratik, hüquqi və dünyəvi dövlət olub. Cümhuriyyətin dövlət rəmzləri ilə bağlı gördüyü tədbirlərdən, respublikanın parlamentindən, qəbul edilmiş qanunlardan, həyata keçirilmiş sosial siyasətdən, həmin dövrdə Ermənistanın Qarabağ, Zəngəzur və Naxçıvan kimi Azərbaycan rayonlarında erməni separatistlərini dəstəkləməsindən danışıb. Azərbaycanın Zaqafqaziyada ən böyük ölkə olduğunu diqqətə çatdırıb.

V. Ağayev ölkə iqtisadiyyatının şaxələndirilməsi, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası haqqında da geniş məlumat verib. Neftin insan kapitalına çevrilməsindən, ölkəmizin gənclər siyasətindən və gənclərə dövlət qayğısından söhbət açıb. O, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafına, Fransa mədəni irsi abidələrinin bərpasına verdiyi töhfələri xüsusi vurğulayıb.


Sonra Konyak şəhəri merinin müavini Jan-Fransua Eruar Məshəti Gəncvinin həyat və yaradıcılığından danışaraq bildirib ki, XI -XII əsrlər təkcə İslamın deyil, Azərbaycan mədəniyyətinin də “Qızıl dövrü” olub. Jan-Fransua Eruar Məhsəti Gəncəvinin rübailərini, eləcə də özünün şairəyə həsr etdiyi rübaini səsləndirib.


Konfrans interaktiv sual-cavabla davam edib.

Sonda konfrans iştirakçıları Konyak şəhərində fəaliyyət göstərən “Tovuz-Baltiya” şirkətinin məhsullarına qonaq edilib. Onlara Azərbaycan musiqisinin sədaları altında “Sarı gəlin”, Qarabağ”, “Məhsəti” şərabları, nar şirəsi, quru meyvələr təqdim olunub.




  Yayım tarixi :18 Iyun 2018   14:42

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .