XƏBƏR
12:19

  4 il əvvəl səkiləri boyayan gənc Braziliya millisində - Foto

Gündəm

Xəbər lenti

“Mançester Siti”nin gənc futbolçusu Qabriel Jesus bu gün Braziliya millisinin heyətində start onbirliyində mundiallarda ilk oyununa çıxıb.


Agyol.az xəbər verir ki, braziliyalı ulduzun həyat tarixçəsi dünya mətbuatında maraq doğurub.


Gənc ulduzun bundan əvvəl Braziliyada keçirilən mundialda səkiləri boyayan zaman çəkilmiş görüntüləri yayılıb. 4 il əvvəl mundiala görə Braziliya küçələrini boyayan bu gənc bu gün milli komandasının ən böyük qol ümidlərindən birinə çevrilib.


Xatırladaq ki, “Mançester Siti” 21 yaşlı Qabriel Jesusu 32 milyon avro qarşılığında “Palmeiras”dan transfer edib.




  Yayım tarixi :18 Iyun 2018   12:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .