XƏBƏR
12:09

  Türkiyədə ağır yol qəzası baş verib: 3 ölü, 39 yaralı

Gündəm

Xəbər lenti

Türkiyənin Karaman şəhərində sərnişin avtobusu aşıb.


Agyol.az xəbər verir ki, avtobusun aşması nəticəsində azı 3 nəfər həlak olub, 39 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.


İlkin məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetmənin itirməsi olub.


Hadisə yerinə gələn şəhərin meri Fəxri Meral bildirib ki, avtobus Qaziantepdən İzmirə gedirmiş. O, əlavə edib ki, qəza ilə bağlı araşdırma başlanılıb.




  Yayım tarixi :18 Iyun 2018   12:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .