XƏBƏR
12:07

  "Rəqib bizə hücum etməyə imkan vermirdi"

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

"Komandamla fəxr edirəm. Braziliyanın daha çox yaxşı imkanları oldu. Amma biz pressinq etməklə, yaxşı hücumlarla cavab verdik".

 Agyol.az-a istinadən xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç deyib.


O, DÇ-2018-in Braziliya ilə görüşündəki 1:1 hesablı bərabərlik haqda fikirlərini açıqlayıb: "Futbolçularımıza əhsən düşür. Yarışa güclü başladıq. Oyunda mübahisəli məqamlar olsa da, bizim qol təmiz mübarizəyə təsadüf etdi. Oyuna yaxşı başlasaq da, sonra bir az ötürmələrin keyfiyyətini aşağı saldıq. Rəqib bizə hücum etməyə imkan vermirdi. Belə komanda ilə oyunda yüksək səviyyə göstərməlisən ki, biz də bunu etdik".




  Yayım tarixi :18 Iyun 2018   12:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .