XƏBƏR
10:14

  "Ölkəni mollaxanaya çevirmək istəyənlərə qarşı hamılıqla dirəniş göstərməliyik" - FAZİL MUSTAFA

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Deputat Fazil Mustafa son günlər baş vermiş qalmaqallardan sonra sosial şəbəkə vasitəsilə yeni paylaşım edib. 

 

Agyol.Az  həmin müraciəti olduğu kimi təqdim edir:


"Zalimin zülmündən daha dəhşətlisi Cahilin zülmüdür. Azərbaycanlılar unutmasınlar: Bu müqəddəs dövləti 1918-ci ildə quranlar bizdən saymadığımız və hamıdan çox bizim olmağa haqqı çatan Aleksandr Osipoviç Çernyayevskinin türkcə "Vətən dili" dərsliyini oxuyub dərk edən aydınlar idi. Yenə də 1991-ci ildə bu dövlətin müstəqilliyini bərpa edənlər Sovet təhsil sistemindən yetişən insanlar idi...


Yəni mollaxanada yetişən düşüncə müasir dövlət qura bilməz. Biz əsrlərdir Mollanın dinini yaşamışıq, Quranın dinini dolabların üstündə müqəddəsdir deyib toxunulmaz saxlamışıq. Bu gün təhsil sistemimizdə təcili o boşluqları doldurmalıyıq ki, buradan müstəqil və modern dövlətimizi qoruyacaq bir nəsil yetişsin. Bu ölkəni təkrar Molla İbrahimxəlil kimyagərlərin, Molla Sadıxların, Şeyx Nəsrullahların mollaxanasına çevirmək istəyənlərə qarşı hamılıqla intellektual dirəniş göstərməliyik. Çevrənizə diqqətlə baxsanız, görərsiniz ki, bu dirənişdə artıq xeyli gecikmişik".




  Yayım tarixi :18 Iyun 2018   10:14

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .