XƏBƏR
10:00

  Tansu Çillər Ərdoğanın Yeniqapı mitinqində : “Terroru bitirəcək bir iradə ortaya qoyan Ərdoğanı dəstəkləyirəm”

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yaniqapıda keçirdiyi mitinqə keçmiş baş nazir Tansu Çillər də qatılıb.


Agyol.azxəbər verir ki, Çillər Ərdoğana tam dəstək verdiyini açıqlayıb.


“Bu gün milli bir şüurla buradayam. Ölkəmiz hücum altındadır. Bu hücumu xarici siyasətdə, terrorla mübarizədə görürük.  Bütün bunların içində ciddi bir terror mübarizəsi davam edir. Bir FETÖ hadisəsini yaşadıq. Bütün bunlar ciddi risklər daşıyan məsələlərdir. Şükür olsun ki, son dövrdə terror mübarizəsində ciddi uğurları əldə etmişik. Əsgərimiz dastan yazır, bu dastan bütün dünyada çaşqınlıq doğurur. Mən bir keçmiş baş nazir olaraq, “bu terror ya bitəcək, ya bitəcək” demiş biri olaraq bu iradəni ortaya qoymuş insanı dəstəkləyirəm.


Qarşımızda ittifaqları görürük. Bu ittifaqların bir hissəsinin çox parçalı olduğunu görürəm. Burada 4 və ya 5 parçadan mütəşəkkil bir ittifaq ortaya çıxır. Bu partiyaların missiyaları başqadır. Bu partiyaların hədəfləri başqa, siyasi mədəniyyətləri başqadır”-Çillər belə deyib.




  Yayım tarixi :18 Iyun 2018   10:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .