XƏBƏR
14:03

  DÇ-2018: Fransa Avstraliyaya qarşı

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.

Agyol.az xəbər verir ki, çempionatın üçüncü günündə C qrupunda yer alan Fransa yığması ilə Avstraliya yığması ilə Kazanda görüşür.

Saat 17:00-da D qrupu üzrə Argentina - İslandiya, saat 20:00-da C qrupu üzrə Peru - Danimarka, saat 22:00-da isə D qrupu üzrə Xorvatiya - Nigeriya arasında oyunlar keçiriləcək.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

 




  Yayım tarixi :16 Iyun 2018   14:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .