XƏBƏR
12:35

  Ronaldo çempionat tarixində het-trik edən ən yaşlı futbolçu olub

Gündəm

Xəbər lenti
16 Noyabr 10:46Ronaldo nişanlandı
13 Noyabr 14:21Sabahın hava PROQNOZU

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatları tarixində het-trik edən ən yaşlı futbolçu olub.


Agyol.az xəbər verir ki, “Real Madrid”in forvardı DÇ-2018-də “B” qrupunun I turunda İspaniya yığması 3:3 hesabı ilə başa çatan görüşdə 3 qol vurmaqla bu ünvana sahib çıxıb.

O, 33 yaş 130 günlüyündə bunu bacaran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, K.Ronaldo ardıcıl dörd mundialda fərqlənən 4-cü futbolçu olub. Portuqaliyalı hücumçu bundan əvvəl DÇ-2006, DÇ-2010 və DÇ-2014-də qol vurub. 

 




  Yayım tarixi :16 Iyun 2018   12:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .