XƏBƏR
23:59

  DÇ-2018: Portuqaliya - İspaniya oyununda altı qol vuruldu!

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib

Rusiyada keçirilən dünya çempionatında günün oyun baş tutub. Modern.azxəbər verir ki, son oyunda yaşıl meydana Portuqaliya və İspaniya milli komandaları çıxıb. Oyunun birinci hissəsində Kristiano Ronaldo hesabı açıb. İlk hissəsinin 25-ci dqiqəsində isə Dieqo Kosta hesabı bərabərləşdirib.

 

Oyunun birinci hissəsinin bitməsinə 1 dəqiqə qalmış Portuqaliya hesabı öz xeyrinə dəyişib. Ronaldo dünya çempionatında ikinci qolunu vurub.

 

Oyunun ikinci hissəsində Dieoqo Kosta özünün ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. Oyunun  58-ci dəqiqəsində isə Naço Portuqaliyanın qapısından üçüncü topu keçirib.

 

Amma bu da oyunda vurulan son qol olmayıb. Oyunun son dəqiqələrində Kristiano Ronaldo cərimə zərbəsindən vurduğu möhtəşəm qolla hesabı yenidən bərabərləşdirib. Oyun elə bu hesabla da yekunlaşıb.

 




  Yayım tarixi :15 Iyun 2018   23:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .