XƏBƏR
21:06

  DÇ-2018: İran sonuncu dəqiqədə Mərakeşi üzdü

Gündəm

Xəbər lenti

Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Agyol.az ın məlumatına görə, çempionatın ikinci günündə B qrupunda yer alan Mərakeş və İran yığmaları üz-üzə gəliblər.

Oyunun 90 +5-ci dəqiqəsində Mərakeşin hücumçusu A.Buhadduz öz qapısına baxımlı qol vuraraq qələbəni İran yığmasına hədiyyə etdi.

Hazırkı vəziyyətə görə, Portuqaliya və İspaniya yığmalarınında yer aldığı B qrupunda 3 xal toplayan İran liderdir.

Xatırladaq ki, bu gün saat 22:00-da B qrupu üzrə Portuqaliya - İspaniya matçı keçiriləcək.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

 




  Yayım tarixi :15 Iyun 2018   21:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .