XƏBƏR
20:58

  "Fikrimizcə, münasib atmosferin yaradılması Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin irəli getməsinə imkan verir".

Gündəm

Xəbər lenti

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyunun 15-də keçirdiyi brifinqdə Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşınyanla görüşünün Dağlıq Qarabağ münaqişənin nizamlanması üzrə aparılan danışıqlar prosesinin fəallaşmasına təkan verib-verməyəcəyi barədə sualı şərh edərkən deyib.


Onun sözlərinə görə, müvafiq atmosferin yaradılması Dağlıq Qarabağ probleminin həlli üçün əsas zəmindir. M.Zaxarova həmçinin qeyd edib ki, ikitərəfli və ya çoxtərəfli formatda iki ölkənin liderlərinin görüşü ilə "həlli üçün müvafiq formatın mövcud problemi" arasında fərq var.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün maksimum səy göstərir" deyən Mariya Zaxarova bildirib: "Biz istəyirik ki, iki xalq bu qanlı problemi həll etsin. İkincisi, biz Azərbaycan və Ermənistanla əlaqələri inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda Azərbaycanla Ermənistanın da bir-biri ilə əlaqələrini inkişaf etdirməsini istəyirik. Məqsədimiz münaqişənin həllini uzatmaq deyil, tezliklə həll etməkdir".

Zaxarova Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünü şərh edərkən bildirib ki, bu məsələylə bağlı iki ölkənin xarici diplomatiya idarəsinə müraciət etmək lazımdır.




  Yayım tarixi :15 Iyun 2018   20:58

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .