XƏBƏR
20:54

  Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır

Gündəm

Xəbər lenti

Azərbaycan bugünkü nailiyyətlərə məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.


Agyol.az xəbər verir ki, bu fikir Şəmkirdəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə səsləndirilib.


Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyətləri nəticəsində ölkəmiz bu gün bütün dünyada tanınır.


Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb. O, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edib. Q.Əliyev yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu.

YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov qeyd edib ki, Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP boru kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin açılışı kimi möhtəşəm tədbirlər Prezident İlham Əliyevin siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini daha da artırır.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavinləri Ayaz İbrahimov, Aybəniz Nəsibova, fəal gənc Kənan İbrahimov, tarixçi Ceyhun Məmmədov və başqaları dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.




  Yayım tarixi :15 Iyun 2018   20:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .