XƏBƏR
13:02

  Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
"Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsindən (Gürcüstan – Azərbaycan sərhədindən) "Sarpi" Sərhəd Keçid Məntəqəsinə (Gürcüstan — Türkiyə sərhədi) qədər olan yol dörd saata qədər qısalacaq. Agyol.az, xəbər verir ki, bunu Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departmentinin rəhbəri İrakliy Karseladze bildirib.

O, diplomatik korpusun nümayəndələrini planlaşdırılan genişmiqyaslı infrastruktur layihələri ilə tanış edib: "Dəhlizin tam uzunluğu qısalacaq, hərəkət müddəti azalacaq. Əgər "Qırmızı Körpü"dən "Sarpi"yə getmək üçün 7-8 saat lazım idisə, işlərin bitməsindən sonKarseladzenin sözlərinə görə, yaxın gələcəkdə nazirlik Qərbi Gürcüstanla Şərqi Gürcüstanı birləşdirən Rikotsk dərəsində tikinti işləri üçün tender elan etməyi planlaşdırır. Həmçinin Mtsxeta – Stepançminda – Lars beynəxlalq avtomagistralının bir hissəsi olacaq Kveşeti – Kobi yolunda dəyişikliklər planlaşdırılır.

"Rikotsk dərəsində 50 kilometrdən artıq yolun tikintisi nəzərdə tutulur ki, yolun üzərində 96 körpü və 53 tunel olacaq. Kveçeti – Kobi yolunun uzunluğu 22,7 kilometr olacaq ki, burada 6 körpü və 5 tunel olacaq. Bu tunellərdən biri Gürcüstanın ən böyük tuneli (9 kilometr) olacaq. Bu layihələrin həyata keçirilməsi üçün ümumilikdə iki milyard dollara yaxın vəsait xərclənəcək" — deyə Departament rəhbəri vurğulayıb.ra bu, 4-4,5-a qədər enəcək. Yolun bəzi yerlərində sürət həddi 80-100%, yəni iki dəfə artacaq".




  Yayım tarixi :15 Iyun 2018   13:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .