XƏBƏR
13:01

  Argentinalı futbolçu olimpiadanın səfiri təyin olunub

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib
20 Sentyabr 15:38Bu gün Aşura günüdür

Argentina milli komandasının futbolçusu Xavyer Maskerano oktyabrda paytaxt Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının səfiri təyin olunub.

Agyol.az, xəbər verir ki, hazırda Çinin "Hebey Çayn Forçun" klubunda çıxış edən yarımmüdafiəçi olimpiya dəyərlərinin dünyaya yayılmasına yardımçı olacaq.

34 yaşlı oyunçu hazırda Rusiyada start götürən dünya çempionatında iştirak edir. Argentina yığması İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda yer alıb.

Maskerano 2010-2014-cü illərdə İspaniya "Barselona"sında çıxış edib. O, 4 qat İspaniya çempionu və Çempionlar Liqasının 2 qat qalibidir. Təcrübəli orta sahə oyunçusu millidə 141 matçda 3 qol vurub, Yay Olimpiya Oyunlarının ikiqat qalibi və dünya çempionatının gümüş mükafatçısı olub.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-18-də təşkil olunacaq. Olimpiadada Azərbaycan da təmsil olunacaq.




  Yayım tarixi :15 Iyun 2018   13:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .