XƏBƏR
16:04

  Novruz Məmmədov Fransa Prezidentinin müşaviri ilə görüşdü

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib

Parisə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin diplomatik müşaviri Filip Etiyen ilə görüşüb.

 

Agyol.az xəbər verir ki, görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələr, eləcə də Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Fransadan səylərini artırması gözlənilir.

 

 




  Yayım tarixi :14 Iyun 2018   16:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .