XƏBƏR
10:52

  Şahzadə Rusiyaya 9 təyyarə ilə gələcək

Gündəm

Xəbər lenti

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Rusiyaya 9 təyyarə ilə gələcək.

 

Agyol.az “Daily Storm” nəşrinə istinadən xəbər verir ki, o, Ritz Carlton otelinin bütün 11-ci mərtəbəsini tək özü və heyəti üçün sifariş edib.

 

Nəşrin məlumatına görə şahzadəni Rusiya Federal Mühafizə Xidmətinin əməkdaşları qoruyacaq.

Otelin 11-ci mərtəbəsinə giriş xüsusi buraxılış vasitəsi ilə mümkün olacaq. Rəhbərlik məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

 

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov prezident Putinin çempionat öncəsi qarşılayacağı 13 yüksək çinli qonaqların adlarını çəkib. Onların içərisində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman Əl Səudun da adı var.

 




  Yayım tarixi :14 Iyun 2018   10:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .