XƏBƏR
15:03

  Mişel Platini 21 il sonra öz "hiyləsini" etiraf etdi

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

UEFA-ın sabiq prezidenti Mişel Platini 1998-ci il Fransada keçirilmiş futbol üzrə Dünya Çempionatının püşkatma mərhələsində "kiçik hiylə" işlətdiyini bildirib.

Agyol.az-ın məlumatına görə, həmin il UEFA təşkilat komitəsində işləmiş Platini  Fransanın finalda Braziliya ilə qarşılaşaraq 3-0 hesabı ilə qalib gəldiyi final matçının təsadüfi olmadığını bildirib. O, Fransanın radio kanallarının birinə verdiyi müsahibə zamanı belə deyib: “Biz oyun cədvəlini hazırlayan zaman kiçik bir hiylə işlətdik. O vaxt üçün Braziliya-Fransa finalı hər kəsin arzusu idi. Braziliya və Fransa qrupu ilk pillədə başa vurduqlarından hər iki milli komanda finala qədər qarşılaşa bilməzdi”.

Qeyd edək ki, Blatter və Platini 2015-ci ildə korrupsiyaya yol verdiyi üçün 1.3 milyon funt-sterlinq məbləğində cərimə olunub. Platiniyə 8 il müddətinə futbolla əlaqəli istənilən fəaliyyətlə məşğul olmağa qadağa qoyulub. Daha sonra apellyasiya şikayəti əsasında bu cəza 4 ilə endirilib. 62 yaşlı keçmiş Platini günahsız olduğunu deyir. O, yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində ifadə verib.




  Yayım tarixi :19 May 2018   15:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .