XƏBƏR
14:47

  Britaniyada şahzadə Harri və aktrisa Meqan Markın toy mərasimi keçirilir

Gündəm

Xəbər lenti

Böyük Britaniyada şahzadə Harri və amerikalı aktrisa Meqan Markın toy mərasimi keçirlir.

Agyol.az xarici Kİv-ə istinadən xəbər verir ki, şahzadə Harri və Meqan Marklın toy mərasimi mayın 19-da Vindzor şəhərciyində keçirilir. Əsas bayram tədbirlərinin məkanı Britaniya monarxlarının şəhərkənarı iqamətgahı – Vindzor qəsridir. Bu binalar kompleksinin şərəfinə 1917-ci ildən bəri Böyük Britaniyanın bütün kral ailəsi Vindzorlar soyadını daşıyır.

Yerli telekanallar toy mərasiminin birbaşa yayımını həyata keçirir.

Qeyd edək ki, Meqan Markl Britaniya şahzadəsinə ərə gedən ilk aktrisa, ilk amerikalı və ilk mulatdır. Toydan sonra gənc cütlük Sasseks hersoqu və hersoginyası titulunu alacaq, lakin Meqan Markl şahzadə olmayacaq. Şahzadə Harri atasından, qardaşından və üç yaxın qohumundan sonra Britaniya taxtına altıncı namizəddir. Amerikalı aktrisa Meqan Markl Kanadanın çoxseriyalı “Fors-majorlar” filmindəki roluna görə məşhurlaşıb. Bu, onun ilk nikahı deyil. Meqan kanadalı kinoprodüseri Trevor Engelsonla 2 il evli olub.

Britaniya KİV-lərinin hesablamalarına görə, gəlinin paltarı kral ailəsinə 350 min avroya, toy tortu isə 57 min avroya başa gəlib. Ümumilikdə isə mərasimə 32 milyon funt sterlinq (43 milyon dollar) xərclənəcək.

Gəlin toydan sonra Amerika vətəndaşlığını Britaniya vətəndaşlığına dəyişəcək.




  Yayım tarixi :19 May 2018   14:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .