XƏBƏR
09:09

  Kubada dəhşətli təyyarə qəzası - 100-dən çox ölən var

Gündəm

Xəbər lenti

Kubada Cubana de Aviacion aviakompaniyasına məxsus Boeing-737 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 100-dən çox insan həlak olub.

Agyol.az “RİA Novosti”yə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində olan 110 nəfərdən 104-ü sərnişin, 6-sı ekipaj üzvü olub. Qəza nəticəsində üç nəfər sağ qalıb. Ağır vəziyyətdə olan həmin sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Təyyarənin qara qutusu hələ tapılmayıb.

Təyyarə Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

Qeyd edək ki, Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737”” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.

 




  Yayım tarixi :19 May 2018   09:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .