XƏBƏR
15:02

  MM bir sıra qanunlara düzəlişləri qəbul edib

Gündəm

Xəbər lenti

Milli Məclisin bu gün keçirilən iclasında bir sıra qanunlara yeni qəbul olunmuş “Məktəbə qədər təhsil haqqında” qanuna uyğun olaraq edilən düzəlişlər layihəsi müzakirəyə çıxarılıb.

Agyol.az-ın məlumatına görə, bunlar Əmək Məcəlləsinə, "Təhsil haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "Dövlət qulluğu haqqında", "Yanğın təhlükəsizliyi haqqında" və "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlara təklif edilən düzəlişlərdir.

Layihələr barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Layihələr ayrılıqda səsə qoyularaq qəbul edilib.




  Yayım tarixi :18 May 2018   15:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .