XƏBƏR
12:45

  Siyavuş Novruzov: Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

"AŞ PA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, ümumilikdə Azəbaycandan gedir. AŞ PA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına qarşı atılan addımdır. Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər”.

Agyol.az ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimizin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: “Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayan bir şeyi ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün çərçivələrdə müdafiə etməliyik”.

 

 




  Yayım tarixi :18 May 2018   12:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .