XƏBƏR
12:25

  Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Gündəm

Xəbər lenti
19 Iyun 12:00Bu günün havası

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Agyol.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən xəbər verir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi - Bayıl dairəsi istiqamətində, həmçinin Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır. Bu məqsədlə, sözügedən yollar axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti üçün qismən məhdudlaşdırılır.

Sürücülərdən əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən isə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

 




  Yayım tarixi :18 May 2018   12:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .