XƏBƏR
10:13

  Dövlət Departamenti Türkiyənin ABŞ-dakı səfirinin geri çağırılmasını şərh edib

Gündəm

Xəbər lenti
23 Oktyabr 10:42Boyun disk yırtıqları

Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır.

Agyol.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Biz Türkiyənin səfirini geri çağırmaq qərarından məlumatlıyıq. Bu Türkiyənin qərarıdır, bu cür addım atmağa onun hüququ var. Mən hesab etmirəm ki, bu Türkiyə hökuməti ilə əlaqələrimizi zəiflədəcək. Onlar NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır ”, - deyə Hizer Nauert bildirib.




  Yayım tarixi :18 May 2018   10:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .