XƏBƏR
22:02

  Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb

Gündəm

Xəbər lenti
18 May 11:33Neft bahalaşıb
18 May 09:39Laçınsız 26 il

Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olub və bu gün həmin böhranın mühüm tərkib hissəsi olan siyasi böhran isə özünün pik nöqtəsinə gəlib çatıb.

Agyol.az, xəbər verirki, Bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, Ermənistanda gərginlik yaranacağı ilə bağlı gözləntilər, proqnozlar var idi və bu proqnozlar da özünü doğrultdu:

“Burada üç amili xüsusi qeyd etmək istərdim. Birincisi, xalq ona görə ayağa qalxıb ki, Serj Sarkisyanın 10 illik hakimiyyətindən bezib. Çünki bu 10 illik hakimiyyət Ermənistan əhalisinə yalnız əzab-əziyyət, iztirab və işgəncə gətirib. Ermənistan əhalisinin yoxsulluq səviyyəsi dözülməz hala gəlib çatıb, ölkədə iqtisadiyyat ümumiyyətlə tənəzzül edib, ölkədən mühacirət isə heç zaman olmadığı səviyyəyə çatıb. Bunu görən xalq Serj Sarkisyanın bundan sonra da hakimiyyətdə qalmasını istəmir və ona qarşı ayağa qalıb”.

Deputatın sözlərinə görə, ikinci tərəfdən, Sarkisyan ölkədə siyasi islahatlara gedib prezidentli respublikanı parlamentli respublikaya çevirəcəyi ilə bağlı addımlar atmağa başlayarkən bəyan etmişdi ki, onun baş nazir kürsüsünə iddiası yoxdur və heç bir halda Ermənistanın baş naziri olmayacaq:

“Bu gün xalq həm də ona görə ayağa qalxır ki, Serj Sarkisyan növbəti dəfə xalqını aldatdı. Və nəhayət, hesab edirəm ki, Azərbaycan dövlətinin Ermənistana münasibətdə tətbiq etdiyi taqətdən salma taktikası öz işini görüb və Ermənistanın üzləşdiyi bugünkü böhranda Azərbaycanın bu taktikasının mühüm rolu var. Artıq Ermənistan xalqında belə bir düşüncə hasil olmaqdadır ki, nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, onların heç bir xöşbəxtliyi, heç bir gələcəyi yoxdur və vəziyyətləri daha da pisləşəcək. Bu düşüncə tərzi Ermənistanda getdikcə daha geniş yayılmaqdadır. Bunun səbəbkarı kimi isə Serj Sarkisyanın adı qeyd edilir və ona görə də hesab edirəm ki, bu gün sözün həqiqi mənasında Sarkisyanın başı üzərində qorxulu kabus fırlanmaqdadır”.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.


 


  Yayım tarixi :18 Aprel 2018   22:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .