XƏBƏR
13:28

  Müxalifət Ermənistanda məxməri inqilabın başladığını elan edib

Gündəm

Xəbər lenti
18 Iyul 13:30Sabahın HAVAsı
17 Iyul 15:17Sabahın HAVAsı
16 Iyul 20:57Alın yazım - 2

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda məxməri inqilabın başladığını elan edib.

Agyol.az-ın məlumatına görə, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir:

"Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq məxməri inqilabının başladığını elan edirəm".

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.




  Yayım tarixi :17 Aprel 2018   13:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .