XƏBƏR
19:49

  Rusiya XİN-dən öz vətəndaşlarına Yerevanla bağlı xəbərdarlıq

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan Rusiya vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.

Agyol.az ın məlumatına görə, bu müraciət Yerevanda davam edən iğtişaşlarla əlaqədar edilib.

Hazırda Ermənistan parlamenti yaxınlığında polislə etirazçılar arasında qarşıdurma davam edir. Son məlumatlara görə, iğtişaşlar nəticəsində 3 polis əməkdaşı xəsarət alıb. Bundan başqa, etirazçılar arasında da xəsarət alanların olduğu deyilir.

Qeyd edək ki, bu gün Yerevanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar başlayıb.




  Yayım tarixi :16 Aprel 2018   19:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .