XƏBƏR
09:47

  Lukaşenkonun Gürcüstana rəsmi səfəri başlayır

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
Belarus prezidenti Aleksandr Lukaşenko martın 22-də Gürcüstana rəsmi səfər edəcək.

Agyol.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

İki günlük səfəri zamanı Belarus lideri Gürcüstanın prezidenti Giorqi Marqvelaşvili, baş nazir Giorqi Kvirikaşvili və  Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə görüşəcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
Martın 22-də Tbilisidə Gürcüstan-Belarus biznes-forumu keçiriləcək. Bu günlərdə həmçinin Gürcüstan paytaxtında Minsk Günləri keçirilir.

Qeyd edək ki, bundan əvvəl Aleksandr Lukaşenko 2015-ci ilin aprelində Gürcüstana rəsmi səfər edib.




  Yayım tarixi :22 Mart 2018   09:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .