XƏBƏR
15:36

  Viktor Yuşenko: "Azərbaycanda seçkiqabağı demokratik mühit var"

Gündəm

Xəbər lenti
18 Iyul 13:30Sabahın HAVAsı
17 Iyul 15:17Sabahın HAVAsı
16 Iyul 20:57Alın yazım - 2

Azərbaycanda seçkiqabağı demokratik mühit var. Seçkiqabağı mühitin şəffaflığı Azərbaycandakı sabitlik və inkişafla bağlıdır.


Agyol.az xəbər verir ki, bu fikri Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko “sechki-2018.az” saytına açıqlamasında deyib.

Keçmiş Prezident seçki prosesinin hər bir ölkənin ən başlıca siyasi hadisəsi olduğunu bildirib.

Viktor Yuşenko vurğulayıb ki, Cənubi Qafqaz çox mürəkkəb regiondur. Azərbaycan bu regionda lider dövlətdir. Ölkədə sosial-iqtisadi inkişaf müşahidə olunur. Azərbaycan tərəfdaşlarla bəzən asan olmayan münasibətlərdə tarazlıq nöqtələrini tapır.

Ukrayna-Azərbaycan əlaqələrinə də toxunan keçmiş Prezident ölkələrimizin tərəfdaşlığını yüksək qiymətləndirdiyini deyib.




  Yayım tarixi :21 Mart 2018   15:36

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .