XƏBƏR
15:25

  Prezident İlham Əliyev 3 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb (SİYAHI)

Gündəm

Xəbər lenti
18 Iyul 13:30Sabahın HAVAsı
17 Iyul 15:17Sabahın HAVAsı
16 Iyul 20:57Alın yazım - 2

Prezident İlham Əliyev Lənkəran, Lerik və Astara rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Lənkəran, Lerik və Astara rayonlarında cəmi 860 şagird yerlik modul tipli 16 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 942 000 (dörd milyon doqquz yüz qırx iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Lənkəran, Lerik və Astara rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı:

Sıra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Lənkəran rayonu Köhnəgəgir kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

2

Lənkəran rayonu Jidi kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

3

Lənkəran rayonu Alazəpin kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

4

Lənkəran rayonu Türkəncil kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

330 000

5

Lerik rayonu Sivəkəran kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

230 000

6

Lerik rayonu Küsəkəran kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

7

Lerik rayonu Vov kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

8

Lerik rayonu Monidigah kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

9

Lerik rayonu Kirəvud kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

10

Lerik rayonu Zövnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

11

Lerik rayonu Vılıq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

12

Lerik rayonu Vamazğon kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

285 000

13

Lerik rayonu Kaqoy kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

14

Lerik rayonu Conu kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

15

Astara rayonu Şəmətük kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

230 000

16

Astara rayonu Doli kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması

260 000

Cəmi

4 942 000




  Yayım tarixi :21 Mart 2018   15:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .