XƏBƏR
14:51

  Giorgi Kvirikaşvili: Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib

Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır. Bizim xalqlarımız tarixən dost, qardaş, sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birilərinə arxa və dayaq olublar.


Agyol.az xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Novruz bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb. Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.

Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır. Biz bir ölkənin insanlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar, sevincli və kədərli günlərdə bir-birilərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir.

Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən Baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirib: “Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır”.

 




  Yayım tarixi :21 Mart 2018   14:51

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .