Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze
ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
Agyol.az bildirir ki, spiker təbrikində Gürcüstanda
yaşayan müxtəlif millətlərin nümayəndələrinin
dövlət quruculuğundakı rolunu qeyd edib: "Bu gün gözəl bahar
bayramını qeyd edən vətəndaşlarımızı təbrik edirəm. Biz güclü dövləti bir ailə
kimi bir yerdə qururuq. Novruz bayramı Gürcüstanda əsrlər boyu qeyd olunur.
Sizə xoşbəxtlik, sülh və əmin-amanlıq arzu edirəm".