XƏBƏR
10:17

  Myanma prezidenti U Txin Çjo istefa verib

Gündəm

Xəbər lenti
18 Iyul 13:30Sabahın HAVAsı
17 Iyul 15:17Sabahın HAVAsı
16 Iyul 20:57Alın yazım - 2

Agyol.az-ın"Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.

 

U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi açıqlanıb. Bundan əvvəl prezidentin səhhəti ilə bağlı istefa verəcəyi barədə xəbərlər yayılsa da, Myanma hakimiyyəti bu xəbərləri təkzib etmişdi.

 

Qeyd edək ki, U Txin Çjo 1962-ci ildə hərbi çevrilişdən sonra hərbiçilərin təmsilçisi olmayan ilk prezident olub. Universitet professoru olan U Txin Çjo həm də Demokratiya Uğrunda Milli Liqanın lideri, Nobel mükafatı laureatı Aun San Sunun yaxın dostu və tərəfdarı olub.

 

Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.




  Yayım tarixi :21 Mart 2018   10:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .