XƏBƏR
10:12

  Mettis: “Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb”

Gündəm

Xəbər lenti

“Rusiya ABŞ-ın strateji düşməni olmağı qərara alıb”.

 

Agyol.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Pentaqonun rəhbəri Ceyms Mettis bildirib.  

 

“Biz həmişə Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlıq etmək istəmişik. Təəssüf ki, onlar ABŞ-ın strateji düşməni olmağı qərara alıblar. Böyük Britaniya, Ukrayna, Krımda baş verənlər buna təsdiqdir. Siyahını davam etdirmək də olar”, - deyə C.Mettis qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Rusiya ilə dialoqa açıqdır: “Biz stabillik və sülh istəyirik. Bununla belə, biz demokratik təsisatlarımızı da qorumaqda davam edəcəyik”, - deyə Pentaqon rəhbəri qeyd edib.  




  Yayım tarixi :21 Mart 2018   10:12

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .