XƏBƏR
09:35

  "Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini gördük" - Ərdoğan

Gündəm

Xəbər lenti
24 Sentyabr 11:38Ərdoğan Amerikaya gedib
24 Sentyabr 10:22İranda matəm elan edilib

Ankarada Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “101 rayona təbii qaz çatdırılması” mərasimi keçirilib.

Agyol.az xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, energetika və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.

Çıxışlarda son illər Türkiyənin enerji sahəsində əldə etdiyi layihələrin əhəmiyyəti və perspektivdə olan işlərdən danışılıb.

Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri və perspektivdə olan TANAP və TAP xətlərinin həyata keçirilməsində Azərbaycanın karbohidrogen ehtiyatlarının rolu yüksək qiymətləndirilib.

Qarşılıqlı faydalı əməkdaşlığı bütün tərəflər üçün səmərəli olduğunu diqqətə çatdıran Türkiyənin Prezidenti  Rəcəb Tayyib Ərdoğan ortaq layihələrinin faydasından danışaraq deyib: “Enerji siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də bəhrəsini görürük...”

Türkiyə ərazisinin sürətlə qazlaşdırıldığını diqqətə çatdıran Baş nazir Binəli Yıldırım məlumat verib ki, 2002-ci ildə Türkiyənin cəmi 6 vilayəti qazlaşdırılmışdı. Hazırda isə ölkənin 78 vilayəti, o cümlədən əhalinin 77 faizi təbii qazla təmin olunub.

Energetika və təbii sərvətlər naziri Berat Albayrak Türkiyənin enerji siyasətinin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. 

 




  Yayım tarixi :21 Mart 2018   09:35

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .