Azərbaycanda sabaha olan hava proqnozu
açıqlanıb.
Agyol.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın
21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış
yağacağı gözlənilir.
Səhər bəzi
yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
Havanın
temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10,
gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer
təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət
70-80 faiz təşkil edəcək.
Azərbaycanın
rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı,
dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın
temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti
olacaq.